“Kaş olmayaydı...” - Daha bir neftçi dəfn olunur + FOTOLAR
"Günəşli" yatağında baş verən dəhşətli hadisədə itkin düşən neftçi Habil İsgəndərovun dünən cəsədi ailəsinə təhvil verilib. "Qafqazinfo"nun əməkdaşları bu gün neftçinin yas mərasimində olub. Neftçinin 50 yaşı var və iki övlad atası olub. Oğlu Ceyhun İqtisad universitetinin 4-cü kurs tələbəsidir. Qızı İlahə isə 5-ci sinifdə oxuyur. Qonşularının sözlərinə görə, ailənin tək gəlir yeri Habil İsgəndərov olub: "Biz bir ailə kimi olmuşuq. Habil çox ağıllı və mehriban insan olub. Uşaqla uşaq, böyüklə böyük olardı. İndi Allahın işidir, bu fəlakət baş verdi, kaş olmayardı, amma nə edək?. Neftçini son mənzilə yola salan zaman qohumları mərhumun xatirəsinə xoş fikirlər söyləyib: "O, sizin yükünüzü çox çəkib, indi siz də onun yükünü çəkin, göylərdə aparın Habilimizi. Xoş günlərimiz olacaqdı, tufan apardı səni". Fotolar: Nuran