“ÜRƏYİMİZ AZƏRBAYCAN XALQI ÜÇÜN DÖYÜNÜR!” — KADIROV

 

Çeçenistan prezidenti Ramzan Kadırov “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğında insan itkisi ilə əlaqədar prezident İlham Əliyevə başsağlığı verib.

Çeçen lider baş vermiş hadisədən dolayı çox kədərləndiyini bildirib:

“Neft yatağında baş vermiş yanğın insan itkisinə səbəb olub. Bu çətin günlərdə ürəyimiz Azərbaycan xalqı, “Günəşli”də həyatını itirmiş neftçilərin yaxınları və doğmaları üçün döyünür.

Hörmətli İlham Əliyev, sizə və Azərbaycan xalqına başsağlığı verirəm. Allah bütün ölənlərə rəhmət etsin!”. 






Fikirlər