Dünya liderləri Fransa terroru haqda

 

bitmap-img6


150-yə yaxın insan tələfatının baş verdiyi terrorla bağlı dünya liderləri Fransaya dəstək mesajları göndərib

 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Parisdəki partlayışları məsum insanları qorxutmaq üçün edilən çirkin təşəbbüs adlandırıb: 
“Bu, sadəcə Parisə, Fransa xalqına istiqamətlənmiş bir qətliyam deyil, bu, bütün insani dəyərlərə qarşı bir terrordur. Terrorçuların ədalət qarşısında cavab verməsi üçün dünya ölkələri ilə birlikdə var gücümüzlə çalışacağıq”.
Almaniya kansleri Angela Merkel Paris hadisələrindən sonra çox kədərləndiyini bildirib: “Ürəyim partlayışlarda həyatını itirən şəxslərin ailələrinin, yaxınlarının yanındadır. Fransa hökumət rəsmiləri ilə daim əlaqədəyik və alman xalqı fransızlara tam dəstəkdir”.
Rusiya prezidenti Vladimir Putin də baş verən hadisələrdən kədərləndiyini, bu hadisəni törədənlərin cəzalandırılması üçün hər cür köməyə hazır olduğunu bildirib.
İngiltərənin baş naziri David Kameron, İtaliyanın baş naziri Matteo Renzi, Kanadanın baş naziri Castin Trudeau da ölkələrinin baş verən hadisələrdən sonra fransız xalqının yanında olduğunu bildirib: “Bu dəfə Avropa qəlbindən vuruldu və barbarlara qarşı cavabını çox sərt şəkildə verəcək”.
Fransa prezidenti Fransua Ollanda göndərdiyi baş sağlığı mesajlarında Çin prezidenti Şi Cinpinq və Azərbaycan prezidenti İlham Əliyev terroru şiddətlə qınadıqlarını və hər zaman köməyə hazır olduqlarını bildirib.

 






Fikirlər