Ukrayna prezidenti Pyotr Poroşenko Parisdə “Normand dördlüyü” görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinin əlini sıxıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə videonu Fransa prezidenti Fransua Olland özünün instargam səhifəsində yerləşdirib.
Angela Merkel, Vladimir Putin və Pyotr Poroşenko ilə Ukraynadakı situasiyanı müzakirə edirik” – yazıb Fransa lideri.
Əlsıxma zamanı Putin gülümsə də, Poroşenkonun sifətində ciddilik olub. Videodan görünür ki, onları buna Almaniya kansleri sövq edib – hər ikisinin əlini tutmaqla.
Xatırladaq ki, Ukrayna (Krım) böhranı yaranandan sonra bu, Putilə Poroşenkonun ikinci əl sıxmasıdır. Birinci belə hal bu ilin fevralında Minsk anlaşmasının imzalanmasından öncə qeydə alınmışdı.