"Normand dördlüyü" liderlərinin görüşü davam edir

Fransanın paytaxtı Parisdə Ukrayna üzrə "normand dördlüyü" liderlərinin görüşü keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, üç saatdan çox davam edən görüş "bağlı qapılar" arasında keçirilir.
 
Bundan əvvəl Fransa prezidenti Fransua Olland jurnalistlərə vəd edib ki, görüş gecə yarısınadək başa çatacaq. "Sizi inandırıram ki, gecəni burada keçirməyəcəyik", deyə F.Olland zarafatla bildirib.
 
Görüşdə Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko iştirak edirlər. Dörd ölkə lideri Ukraynanın cənub-şərqindəki vəziyyəti, Donbasda seçkilərin keçirilməsi, təmas xəttindən qoşunların geri çəkilməsi və s. məsələləri müzakirə etməyi planlaşdırırdılar.






Fikirlər