Azərbaycanda 546 nəfər sifilisə yoluxub - BİR İLDƏ
Azərbaycanda ilk dəfə qoyulan sifilis diaqnozu ilə qeydə alınan xəstələrin sayı ötən il 546 nəfər olub. Azərtaym.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən modern.az-a verilən məlumata görə, bunlardan 340 nəfəri kişi, 206 nəfəri isə qadındır. Ötən il qeydiyyatdan çıxarılan sifilis xəstələrinin sayı 340 nəfər olub. Bunlardan 223 nəfəri kişi, 117 nəfəri qadındır. Ümumilikdə müalicə-profilaktika müəssisələrində sifilis diaqnozu ilə qeydiyyatda olan sifilis xəstələrinin sayı ötən il 1024 nəfərə çatıb. Bunlardan 639 nəfəri kişi, 385 nəfəri isə qadındır. Statistika Komitəsindən verilən digər məlumata görə, 2014-cü ildə bu xəstəlikdən dünyasını dəyişən olmayıb. P.S.Qorxunc.