Bazarda FANTASTİK qiymətlər - Alçanın kilosu 500 MANATa
Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədə qalxıb. AzNews.az baku.ws-a istinadən xəbər verir ki, "Yaşıl bazar”da alçanın kiloqramı 500 manata, bir ədədi isə təxminən 8-9 manata satılır.
Satıcılardan bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələrlə sualdan yayınmaq istədilər. Guya alça xaricdən gətirildiyi üçün belə bahadır. Lakin bu tutarlı səbəb deyil.
Məsələ ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, alça gündəlik istehlak səbətinə daxil olmadığı üçün onlarda bu barədə hələlik ətraflı məlumat yoxdur. Bu məsələnin nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən araşdırılacağı bildirildi.