DÖVLƏT KOMİTƏSİNİN İŞÇİSİ ÖZÜNÜ asdı - Foto
Ötən gün saat 21 radələrində Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Kamal Yaqubov intihar edib.
1 / 3
Gəncə Şəhər Prokurorluğundan Azərtaym.az-a verilən məlumata görə, K.Yaqubov yaşadığı evin həyətində özünü ağacdan asıb.
İlkin məlumatda onun intiharına səbəb borclarının olmasıdır. Hələ ki, ailəsinin ifadəsi alınmadığına görə, dəqiq səbəb məlum deyil.
K.Yaqubov Gəncə şəhər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində inspektor işləyib.
O ailəli idi, 2 övladı var.