“DEMƏSƏK OLMAZ”, BƏS, DEYƏNDƏ, yazanda olurmu? - VİDEO
ANS televiziyasınınyeni layihələrindən birinin -canlı yayımlanan "Deməsək olmaz" verilişinin 26 yanvar tarixli buraxılışı maraqlı alınıb. Tanınmış jurnalist Xoşqədəm Hidayətqızının apardığı bu verilişdə ictimai nəzarət, onun mahiyyəti, fayda və zərərləri müzakirə olunub.
Verilişə dəvət alan "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu, deputat Tahir Kərimli və media hüququ eksperti, tanınmış hüquqşünas Ələsgər Məmmədli Azərbaycan auditoriyası üçün bir qədər uzaq olan bu mövzu barədə fikirlərini bölüşüb, canlı yayım rejimində maraqlı polemikalar aparıblar.
Musavat.com həmin verilişin video yazısını təqdim edir.
(Azərtaym.az)