Bakıda yeni təmir olunan yollardan birində qəzalı vəziyyət yaranıb. Bakı dairəvi yolunun bir hissəsi çöküb. Çöküntüyə səbəb yağış suları olub. Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl Avropa Oyunları ərəfəsində təmir olunan Bakı dairəvi yolunun Bakı Atıcılıq Mərkəzinin qarşısındakı hissəsində böyük çatlar əmələ gəlib. Asfalt altında olan torpaq qatının bir hissəsi sürüşüb.
Çökmə əsasən yolun inşası zamanı yamaclarda baş verə biləcək sürüşmələrin qarşısının alınması üçün salınan istina divarlarının arxasında baş verib.
Bir müddər əvvəl də eyni hal Bakı Beynəlxalq Avtovağzalının qarşısında Bakı-Sumqayıt yolunda da baş vermişdi. Sürüşmənin intensivləməsindən sonra yolun bir hissəsi təmirə bağlanmışdı. Hazırda həmin ərazidə təmir işləri davam etdirilir.