NİKAHA girmək istəyən 261 nəfərdə sifilis, 55 NƏFƏRDƏ isə SPİD aşkarlanıb

 

 
Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə isə SPİD aşkarlanıb
“Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə SPİD aşkarlanıb. Talassemiya daşıyıcısı olanlardan 3 cütlük evlənməkdən imtina edib”. 
 AzerTaym.az  xəbər verir ki, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. 
O bildirib ki, fevral ayına qədər nikaha girmək istəyən 94400 nəfərdən qan nümunəsi götürülüb. 5780 nəfərin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. 
“Hər iksində talaseemiya aşkarlanan 45 cütlükdən 3 çütlük evlənməkdən imtina edib. 6 cütlükdə hamiləlik aşkarlanıb. Dünən onlardan dölyanı mayedən nümunə götürülüb.
Onlar 4-cü ayda olan hamilələrdir. Yaxın zamanda nəticələr bilinəcək. Buna uyğun olaraq onlar qərar veriləcək”-deyə Zöhrə Əlmirzəyeva bildirib. 






Fikirlər