Diaqnostik qiymətləndirmədə iştirak edən müəllim dünyasını DƏYİŞDİ

5c94a0db-e199-428e-8656-3a55472fc9cb_292

Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən müəllim dünyasını dəyişib.

Bu barədə “Report”un Şimal-qərb bürosu məlumat verir.

Belə ki, Qax Olimpiya İdman Kompleksində Təhsil Nazirliyi tərəfindən keçirilən ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. 12 mindən çox müəllimin iştirak etdiyi qiymətləndirməyə gələn Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı pisləşib. Onu dərhal “Təcili Tibbi yardım” maşını ilə Qax rayon mərkəzi xəstənasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib.
Faktla baglı araşdırma aparılır.

 






Fikirlər