Klaviaturada az adamın bildiyi 12 SİRLİ DÜYMƏ
Bəzən biz kompyuterdən istifadə edərkən onun bütün incəliklərini bildiyimizi zənn edirik. Lakin bu yazını oxuduqdan sonra görəcəksiz ki, bildiyimiz çox primitiv nüanslar varmış. Çoxları hesab edirlər ki, klaviaturanın sol hissəsində, aşağıda "fn" və "alt" düymələrinin ortasında yerləşən, bizim "Pusk" , "Start" adlandırdığımız düymə yalnız kompyuteri yandırıb söndürmək üçündür. Amma əslində o düymə vasitəsilə bir çox əməliyyatları gerçəkləşdirmək mümkündür. Diqqətli olun, başlayırıq. Publika.az oxucularına kompyuter klaviaturasında çoxlarının bilmədiyi gizli əməliyyatlar haqqında məlumat verir: Əslində sözügedən "Start" düyməsinin bir adı var. Həmin düymə "Win" adlanır və yalnız "İşə salma" menyusunun açılışı üçün nəzərdə tutulmayıb. Təəssüf ki, kompyuter satanlardan, istifadəçilərərə qədər hər kəs bunu belə zənn edir. Lakin bu düymə "Windows" Microsoft əməliyyat sistemlərinin təməlidir deyə bilərik. 1985-ci ildə buraxılmış bu marka bütün dünyada ən geniş istifadə edilən proqram təminatı olaraq liderliyini qorumağa davam edir. "Win" adlı sehirli klavişin xüsusiyyətləri kompyuterdə müəyyən əməliyyat sistemlərinin qısa zamanda 3 toxunuşla həll olunmasına imkan verir. Aşağıda göstərilmiş kombinasiyalar kompüterdə işi sadələşdirir və qiymətli vaxtınıza qənaət etməyə kömək edir. Aşağıda sıralanan 12 kombinasiya ilə tanış olun: 1. ALT + Backspace Bu əməliyyat sisteminin köməyi ilə siz mətnin silinmiş hər hansı bir hissəsini və ya sözünü geri qaytara bilirsiz. Qismən bu təklif CTRL + Z kombinasiyasının əməliyyat xüsusiyyətini xatırladır. 2. CTRL + ALT + TAB Bu kombinasiya hazırda kompyuterinizdə açıq olan pəncərələrin sayını görməyə və onların arasında yerdəyişmə etməyə icazə verir. 3. ALT + F4 Klaviaturanın bu düyməsi ekranda açıq olan pəncərə və ya proqram panelinin bağlanmasını təmin edir. 4. F2 F2 sizə faylların və ya qovluqların adını dəyişdirməyə icazə verir. 5. CTRL + SHIFT + T Bu kombinasiya sizə kompyuterin ekranında ən son baxılan və bağlanmış pəncərənin yenidən açılmasına kömək edəcək. 6. Windows + L Bu kombinasiya, sistemdən çıxışı təmin edir. 7. CTRL + SHIFT + N Siz yeni qovluq açmağa kömək edir. 8. CTRL + SHIFT + N "Google Chrome" brauzerinin ikinci ayrı əlavəsi açılır. 9. CTRL + T Bu kombinasiya isə istənilən brauzerdə yeni, ikinci əlavə pəncərə açır. 10. CTRL + ALT + DEL "Windows" versiyasından asılı olaraq mərkəzi təhlükəsizlik və ya dispetçer pəncərəsini açır. 11. CTRL + SHIFT + ESC Tapşırıq dispetçerini aktivləşdirir. 12. CTRL + Esc Bu klavişlərin kombinasiyası isə birbaşa "Start" düyməsinin menyu panelini açır.