Silah zavodunun DİREKTORU dövlət sirrini SATARKƏN yaxalandı
Türkiyənin ən nəhəng silah zavodlarından biri sayılan Makine Kimya Sənayesi Kırıkkale silah fabrikinin müdürü dövlət sirrini satarkən yaxalanıb. AzerTaym.az xəbər verir ki, silah zavodunun direktoru Mustafa Tanrıverdi adı çəkilməyən bir ABŞ silah firmasının nümayəndəsinə türk mühəndislər tərəfindən düzəldilmiş MPT 76 avtomat silahının eskizlərini satarkən yaxalanıb. Məlumata görə, bu silahın eskizlərini 22 milyon lirə (7 723 060 dollar) qarşılığında satmaq qərarına gəlibmiş. Onu izləyən kəşfiyyatçılar bir restoranda ABŞ silah firmasının nümayəndəsi ilə görüş zamanı suçüstü yaxalayıblar. Hazırda Mustafa Tanrıverdinin dindirilməsi davam edir.