DİN İqbal Ağazadəyə silah verməkdən imtina etdi
Bu niyyətə düşənlər arasında sözsüz ki, deputatlar da olmamış deyil. Üstəlik, qanun da onlara silah gəzdirməyə izacə verir. Belədə marqlıdır, Milli Məclis deputatlarının silahdan istifadə etməsi indi necə tənzimlənir? Onlar öz təhlüksəizliklərini necə təmin edirlər? Ümumiyyətlə, deputatlar arasında təhlükəsizliklərini təmin etmək üçün silah əldə edən varmı?
Vaxtilə bəzi deputatlar silah gəzdirmək hüququndan istifadə ediblər. Məsələn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deputat olduğu zaman silah gəzdirib. Ancaq o, Milli Məclisin nizamnaməsinə görə, parlamentin binasına girərkən silahını mühafizə xidmətinə təhvil verib, sonra zala keçə bilərdi.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov modern.az-a bildirib ki, son illər ölkədə hökm sürən əmin-amanlıq, sabitlik səbəbindən deputatlar silah əldə etmək üçün nazirliyə müraciət etməyiblər: “Hazırda heç bir deputatda nazirlik tərəfindən verilən silah yoxdur. Baxmayaraq ki, qanun onlara silah gəzdirmək hüququ verib, amma deputatlarımız buna ehtiyac duymadıqlarını deyirlər. Hər bir vətəndaşımız kimi, deputatların da təhlükəsizliyi təmin olunur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə silahsız, amma cangüdəni olan deputatlar sırasındadır: “Mənim təhlükəsizlik xidmətim var. Lazımi yerlərə onlarla birlikdə gedirəm. Daxili İşlər Nazirliyindən silah almaq istəsəm də verməyiblər. Bunu isə heç bir səbəblə əsaslandırmayıblar”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da vaxtilə silahlı deputatlardan olub: “Bütün Azərbaycan vətəndaşları kimi mənim də təhlükəsizliyimi dövlətim qoruyur. Ölkəmizdə yaranan sabitlik bunu təmin etməkdədir. Vaxtilə bizə silah paylananda adım siyahıda olduğundan mənə də tabel silahı verdilər. Seçki ərəfəsində silahlarımızı təhvil verdik. Daha sonra isə silah almaq üçün müraciət etmədim. Hazırda buna ehtiyac da görmürəm. Ölkənin Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirlyinin , ümumiyyətlə hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığı və səmərəli fəaliyyəti bu gün Azərbaycanı dünyanın ən sabit ölkələrindən birinə çevirib. Buna görə də silah almağa, təhlükəsizliyimi silah vasitəsilə təmin etməyə ehtiyac görmürəm”.