Yəhudilərin vətəni Türkiyə olub? - ŞOK İDDİA

Alimlərin uzun sürən tədqiqatlarından sonra aşkenazi yəhudilərinin (Mərkəzi Avropa yəhudiləri) tarixi vətəninin müasir Türkiyə ərazisi olduğunu müəyyənləşdirib.

 Modern.az Britaniyanın “İndependent” qəzetinə istinadən xəbər verir ki, 2 min il əvvəl aşkenazilər Türkiyənin şimalında yaşayıblar və eramızın I əsrində İran yəhudilərinin təsiri ilə İudaizmi qəbul ediblər.  

Britaniyanın Şeffild Universitetinin genetiki Eran Elxaik Şimali və Şərqi Avropada yaşayan 367 yəhudinin DNT-sini analiz edərək onların əcdadlarının 90%-nin müasir Türkiyənin şimal-qərbindəki ərazidə yaşadıqlarını müəyyən edib.  

Alimin fikrincə, “aşkenazi” sözü mənşə etibarilə babillilərin skif tayfalarına verdiyi “aşquz” adından yaranıb.  

Bundan başqa, araşdırmalarda Mərkəzi və Şərqi Avropa yəhudilərinin əksəriyyətinin IX-X əsrlərdə Xəzər Xaqanlığından “qoca qitə”yə köç etdiyi göstərilib. 






Fikirlər