Avakov Saakaşvilini ikiüzlülükdə İTTİHAM etdi
“Oğru deməzdən əvvəl mənə baş nazir postunu təklif edib” AzerTaym.az xəbər verir ki, Ukraynanın “Zerkalo Nedeli” qəzetinə müsahibə verən Avakov bu görüşdən az sonra keçmiş Gürcüstan prezidenti ilə hökumətin iclasında məşhur mübahisələrinin baş verdiyini xatırlayıb. “Saakaşvili məni oğru adlandırdığı və bu tərbiyəsizliyinə görə məndən 1 stəkan suya qonaq olduğu hadisəyədək, kabinetimdə oturmuşdu və mənə deyirdi: “Gəl razılaşaq. Gəl sən baş nazir ol, mənsə, baş nazirin birinci müavini”. Mən soruşdum ki, “Niyə məhz mən?”, o isə cavabında “Hesab edirəm ki, baş nazir “Xalq Cəbhəsi”dən olmalıdır. Ya Turçinov, ya da ki, ən uğurlu nazir”- deyə mənə cavab verdi. Arsen Avakovun fikrincə, Mixail Saakaşvili Pyotr Poroşenkoya qarşı müxalifətə keçib və faktiki olaraq ona qarşı gizli siyasi blok yaradır.
Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa vilatərinin qubernatoru Mixail Saakaşvilinin ona təkbərək görüşləri zamanı baş nazir postunu təklif etdiyini deyib.