“PUTİNİN axırına ” NAXÇIVANLILAR çıxacaq
“Putinin axırına naxçıvanlılar çıxacaq”. AzerTaym.az vediyi xəbərə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. O fikirlərini belə əsaslandırıb: “Rusiya prezidenti Vladimir Putin Krımı işğal edərək ABŞ və Avropaya ilişdi. ABŞ və Avropa isə bunun qarşılığında Putini ən sərt sanksiyalarla da durdura bilmədi. Ardınca Putin Suriyaya müdaxilə edərək Türkiyəyə ilişdi. Türkiyə bunun qarşılığında Rusiyanın təyyarəsini vursa da, yenə də onun Suriyadakı vəhşətini durdura bilmədi. İndi də Putin Qars müqaviləsini ləğv etmək variantını düzüb-qoşaraq Naxçıvana ilişmək istəyir. “Deyəsən pis yerə ilişib, bu Putinin axırına ABŞ çıxa bilmədi, Türkiyə çıxa bilmədi, deyəsən sonda bu naxçıvanlılar çıxacaq”,-deyə F.Mustafa bildirib.