“TÜRKLƏR PUTİNƏ DƏRS VERDİ!” – “Daily Telegraph”
İngiltərənin “Daily Telegraph” qəzetinin köşə yazarlarından Con Coughlin Rusiyanın dövlət başçısı Vladimir Putinin ölkəsinin döyüş təyyarəsinin vurulması ilə yaxşı bir dərs aldığını yazıb.
"AzerTaym.az" Modern.az-a istinadən bildirir ki, Coughlin yazıb: “Putin əgər odla oynasa, sonunda yanacaq”.
Con Coughlin yazısında Rusiyanın bu günə qədər Gürcüstandan Krıma, Şərqi Ukraynadan Baltikyanı əraziyə və Suriyaya, eləcə də bir çox bölgədə ölkələrin daxili işlərinə qarışdığını vurğulayıb:
“NATO dünənə qədər Putini digər ölkələrin sərhədləri ilə əlaqədar mövqeyini nəzərdən keçirməyə razı salmaq üçün çox bir şey etmədi”.
Rusiyanın Türkiyənin hava məkanının daha əvvəl də pozduğunu xatırladan Coughlin “Türklər ruslara dərs vermək üçün can atırdı”, – deyə yazıb.
Yazıdakı bəzi qeydlər isə belədir: “Türkiyə Əsəd rejimini aşırmaq üçün Suriyanın şimalındakı Türkmənləri maliyyələşdirir. Ruslar türklərin etnik müttəfiqlərinə hücum edərkən ikincilərin buna dözüm göstərməsi gözlənilməməli. Ancaq bu vəziyyət Türkiyə ilə Rusiyanı hərbi cəhətdən qarşı-qarşıya gətirə bilər, bunun da NATO üçün nəticələri olar.
Hörmətli Putin Türkiyənin mənfəətlərini qoruma nöqtəsində qərarlı olduğunu anlaya bilmədi. Və bunu edərək, Suriyada problemə zəmin hazırlayan ittifaqlar şəbəkəsini daha da kompleks hala gətirdi”.