Ermənistan TƏŞVİŞDƏ: Azərbaycanın silah sirlərini öyrənmək üçün...

Azərbaycan Silahlı Qüvvələrinin arsenalında mövcud olan müasir pilotsuz uçan aparatların qarşısının alınması ilə bağlı Ermənistan Müdafiə Nazirliyində xüsusi komissiya yaradılıb.

 

Publika.az-ın İsrail mənbələrindən əldə etdiyi məlumata görə, Ermənistan hökuməti Azərbaycanın hərbi arsenalında mövcud olan pilotsuz uçan aparatların və digər silahların radara düşməməsinin səbəbini öyrənmək üçün xarici ölkələrdən, o cümlədən Rusiya və İsraildən mütəxəssislər dəvət edir. Hazırda Ermənistanın Təhlükəsizlik Şurası rəhbərliyi də bu istiqamətdə səfərbər olub. 

 

Bu ilin aprel ayında isə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimova rəsmi şəkildə müraciət edib.

 

Yuri Xaçaturov öz müraciətində Azərbaycanın pilotsuz təyyarələrinin radara düşməməsi və bunun sirrinin öyrənilməsi ilə bağlı təcili addım atılmasını xahiş edib.

 

Qeyd edək ki, Ermənistanın Misirdəki səfiri Armen Melkonyan (o həm də İsrail üzrə təmsil olunur) aprelin 6-da Yerusəlimə səfər edərək, İsrailin Xarici İşlər Nazirliyində görüş keçirib. Görüş zamanı erməni diplomat İsrailin Azərbaycana müasir silahları satmasına etirazını bildirib və bununla bağlı rəsmi Təl-Əvivin qarşısına şərt qoyub.

 

 

Erməni səfirin əsas şərti isə indiyədək Azərbaycana satılan İsrail silahlarının zərərsizləşdirilməsi sirlərinin Ermənistana təqdim edilməsi olub. Ancaq İsrailin Xarici İşlər Nazirliyində erməni diplomatın bu hərəkətləri xoş qarşılanmayıb və o, rədd cavabı alıb.

 

Hətta, açıq şəkildə Armen Melkonyana Ermənistanın işğalçı ölkə olması söylənilib.

 






Fikirlər