TRAMP LONDONUN MÜSƏLMAN meri üçün istisna etməyə hazırdır

Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır

Ölkəyə müsəlmanların girişini qadağan edən təkliflə çıxış etmiş Respublikaçılar partiyasından ABŞ prezidentliyinə ən mümkün namizəd Donald Tramp bildirib ki, Londonun yeni meri Sadiq Xan üçün istisna etməyə hazırdır.

Pakistan əsilli britaniyalı Sadiq Xan əvvəllər Trampın prezident seçilməsi təqdirdə dininə görə ABŞ-a gedə bilməyəcəyi barədə narahatlıq ifadə edib.
Tramp ABŞ-a müsəlmanların gəlməsinin qadağan edilməsini ötən ilin noyabrında 130 insanın ölümü ilə nəticələnmiş Paris hücumlarından sonra təklif edib.
Bu bəyanat həm ABŞ-da, həm də ölkənin hüdudlarından kənarda bir çox siyasətçi və xarici liderlər, həmçinin müsəlman icmaları tərəfindən kəskin etirazla qarşılanıb.
Lakin Tramp öz sözlərindən geri dönməyərək bu cür tədbirlərin milli təhlükəsizliyin təmin edilməsi üçün zəruri olduğunu deyib.
Mayın 5-də Britaniya paytaxtının meri seçkilərində qalib gəlmiş leyborist Sadiq Xan Avropa İttifaqının üzvü olan ölkədə ilk müsəlman paytaxt meridir və o, pakistanlı miqrantın oğludur.
Tramp bildirib ki, Xanın seçilməsinə görə xoşbəxtdir.
Müsəlmanların ölkəyə girişinin qadağan olunması təklifi barədə isə Tramp deyib ki, "istisnalar həmişə olacaq"(BBC).

 






Fikirlər