Prezidentliyə NAMİZƏD arvadının ÇILPAQ şəklinə görə DALAŞDI
ABŞ prezidentliyinə potensial namizədlər Donald Tramp və Ted Kruz Twitter-də söyüşüblər.
Buna səbəb Tramp əleyhinə kampaniya aparan RAC Make America Awesome hərəkatı fəallarının onun arvadının açıq-saçıq fotolarını yayması olub.
Bu görüntünün altında yazılıb: “Melaniya Trampla tanış olun, sizin növbəti birinci ledinizdir. Yoxsa siz Ted Kruza səs verə bilərsiniz”.
“Ted-yalançı, indicə Melaniyanın GQ reklamından fotosundan istifadə edib. Ehtiyatlı ol, Ted-yalançı, əks halda mən sənin arvadının gizlinlərini aça bilərəm”, Tramp özünün Twitter-аkkuantında yazıb. Ancaq o, Xaydi Kruzun hansı gizlinlərindən söhbər getdiyini açıqlamayıb.
Kruz isə cavabında foto ilə bağlılığının olmadığını bəyan edib: “Donald, əgər sən Xaydi incitməyə cəhd göstərsən, onda sən mən düşündüyümdən daha əclafsan”.