`İŞİD-i Obama ilə Klinton yaradıb` - TRAMP

 

 

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından olan namizəd Donald Tramp ölkə prezidenti Barak Obama və sabiq Dövlət katibi, və qarşıdakı seçkilərdə potensial rəqibi Hilari Klintonu İraq və Şam İslam dövləti (İŞİD) terror təşkilatını yaratmaqda ittiham edib.

 

AzVision.az-ın məlumatına görə, Trampın bu çıxışı “Associated Press” agentliyi tərəfindən “Youtube” portalına yerləşdirilib. 

Tramp Səudiyyə Ərəbistanında şiə lider Nimr əl-Nimrin edam olunmasından sonra etirazşılar tərəfindən Krallığın Tehrandakı səfirliyinin dağıdılması dair fikirlər ilə bölüşüb. 

“Onlar İŞİD-i yaratdılar. Hilari Klinton Obama ilə birgə İŞİD-i yaradıb. Obama ilə birlikdə”, - deyə Tramp qeyd edib. 

Qeyd edək ki, Hilari klinton 2009-2013-cü illərdə ABŞ dövlət katibi postunu tutub. Məhz həmin vaxtda ərəb baharı adlı siyasi proseslər başlayıb. 

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

(Azərtaym.az)






Fikirlər