29.03.2014.- Türkiyədə “YouTube”a qadağanın sirri (VİDEO)

29.03.2014.-  Türkiyədə “YouTube”a qadağanın sirri (VİDEO)
29.03.2014.-  Türkiyədə “YouTube”a qadağanın sirri (VİDEO)











Türkiyədə “YouTube” video portalının bağlanmasına səbəb Telekommunikasiya və Rabitə Nazirliyinin portalda təhlükəsizliklə bağlı gizli iclasının səs yazılarının yayımlanmasıdır.
Aparılan gizli iclasda Suriyada hərbi əməliyyatların mümkünlüyü müzakirə olunub. Müzakirə edənlər isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmi şəxslərdir. Yayılmış səs yazısı ilə əlaqədar Baş Prokurorluq casusluq fəaliyyəti ilə bağlı istintaqa başlayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan video portala bu cür videoların yüklənməsini əxlaqsızlıq adlandırıb. "Bu gün “YouTuba” Xarici İşlər Nazirliyində milli təhlükəsizliyimizlə bağlı bir video yüklənib. Suriyada Süleyman Şah türbəsi ilə əlaqədar bir görüş keçirilir və həmin görüşü də “YouTuba” yerləşdirirlər. Bu əxlaqsızlıqdır. Bu məsələnin axırına kimi gedəcəyik”.

Müxalifət liderlərindən biri Kamal Kılıçdaroğlu isə ölkədə “YouTube” sosial şəbəkəsinin bağlanması ilə bağlı maraqlı fikirlər irəli sürüb. Onun sözlərinə görə, əgər bir hadisə açıqlanıbsa, o sirr olmaqdan çıxır. Bu formada sərt reaksiya bildirməklə bilməyənlərin də baş verənlərdən xəbər tutmasına səbə olunur.







Fikirlər