saytı xarici mediaya istinadən dünyanın ayrı-ayrı yerlərinin mütləq hakimləri olmuş diktatorların sevdiyi yeməklər və gündəlik istifadə etdiyi qidalardan bəhs edəcək:
Adölf Hitler (Nasist lideri-Almaniya) -dil, ciyər və içi fıstıqla doldurulan göyərçin qızartmasını sevib. Vegeterian olduğu üçün əsasən tərəvəzdən istifadə edib;
İosif Stalin (SSRİ-nin rəhbəri) – Ən çox istifadə etdiyi qidalar- gürcü şərabı və gürcü məzələri. Ən çox sevdiyi yemək- Qoz və bibər sousu ilə hazırlanan toyuq qızartması;
Muammer Qəddafi (Liviya diktatoru)- Ən çox istifadə etdiyi qidalar-dəvə əti və dəvə südü. Ən çox sevdiyi yemək-italyan mətbəxindən spagetti;
İdi Amin (Uqanda lideri) - ən çox daddığı təam- portağal. Ən çox sevdiyi yemək-“fast-food” tipli yeməklər;
Benito Mussolini (İtaliya Faşizminin lideri) - ən çox sevdiyi yemək- limon suyunda qızardılmış sarımsaq;
Nikola Çauşesku (Rumıniya diktatoru) – Ən çox sevdiyi yemək toyuq qızartması olub;
Səddam Hüseyn- İraq prezidentinin qidası üçün xüsusi dana və qoyunlar bəslənirmiş. Bununla yanaşı, o, şirniyyat və şokoladı da çox sevib.
Kim Yonq İl: Şimali Koreyanın sabiq diktatoru ən çox düyü yeməklərini sevib. O düyü dənələrinin eyni boyda olması üçün qadınlardan ibarət xüsusi qrup saxlayırmış.