Özbəkistanda ölkənin idxal edilən malların və mal idxalı üzrə ixtisaslaşmış ən böyük topdansatış bazarının, eləcə də eyni adlı şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin yoxlanılmasına başlanıb.
Virtualaz.org bildirir ki, bu barədə uzmetronom öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, yoxlama əhalinin vergidən yayınma şübhəsi iddiası çərçivəsində və burada xarici valyutanın qanunsuz istifadəsi haqqında daxil olan informasiya əsasında aparılır.
Bildirilir ki, bazarın sahibi mərhum prezident İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillayevanın həyat yoldaşı Timur Tillayevdir.
Nəşrin məlumatına görə, iş adamı Timur Tillayev illər əvvəl "gömrük xərclərini malların nomenklaturasına yox, çəkiyə görə ödəmək” güzəşti əldə edib.
Xatırladaq ki, keçən həftə - sentyabrın 2-də prezidenti İslam Kərimov vəfat edib və dəfn mərasimində onun ailə üzvlərindən yalnız həyat yoldaşı Tatyana Kərimova və kiçik qızı Lola iştirak edib.