01.05.2014. - Abdullah Güldən 1 MAY təbriki
Gül təbrikdə bu ifadələrə yer verib: "Zəhmətiylə, alın təriylə ölkəmizə dəyər qazandıran işçilərimizin 1 may əmək və həmrəylik gününü təbrik edirəm. İşçı qüvvələrinin haqq və tələblərini ifadə etməyə vəsilə olan bu günü dinc və təhlükəsiz keçirmələrini arzu edirəm. Keçmişdə acı xatirələrlə, arzu edilməyən görüntülərlə gündəmə gələn 1 maylardan lazımı dərslər götürməliyik. Bu bayramın əmək və ictimai sülhü gücləndirən bir bayram olaraq hafizələrdə qalmağını ümid edirəm. Bu barədə hamı məsuliyyətli olmalıdır, lazımı həssasiyyəti göstərməlidir.
İstehsalın baş rol aktyoru olan işçilərin hüquqlarının qorunması, həyat standartlarının yüksəldilməsi dövlətin əsas işidir.
Əmək və birlik günündə bütün işləyən təbəqələri bir daha təbrik edirəm. Salam və sevgilərimi göndərirəm".