Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu türk əsgərinin Başikadan çıxmasını istəyən İraq baş naziri Heydər əl İbadiyə sərt cavab verib.
Avropa.info xəbər verir ki, Davudoğlu Başkikaya türk əsgərinin yerləşdirilməsinin özünün baş nazirliyi dönəmində İraqın baş naziri Heydər İbadinin xahişi əsasında baş tutduğunu deyib.
“Türkiyə ilə İraq hər zaman dost və qardaş olub. İraq baş naziri İbadininin 2014-cü ilin dekabrında Türkiyə səfəri zamanı birgə qərarlar vermişik və bunu Ankaradan bütün dünyaya bəyan etmişik. Daha sonrakı təmaslarımızda Başikada baza məsələsində razılığa gəlmişik.
Buradan İbadiye müraciət edirəm. Türkiyəni təhdid etməyə heç vaxt çalışma. Başikada albayrağı dalğalandıran Türk Silahlı Qüvvələrini salamlayıram. Mosul, Kərkük, Ərbil və Süleymaniyyəni salamlayıram. Kim ki, ordumuzun zəiflədiyi qənaətinə gəlib , çaqqallar kimi Türkiyə üzərinə hücuma keçmək istəyəcəksə, qarşısında aslan kimi qorxmaz, əzilməyən millət görəcək” deyə Davudoğlu qeyd edib.