"İlham Əliyev dosta-düşmənə harada dayandıqlarını göstərdi" - DAVUDOGLU
Azərbaycanla əlaqələrimiz inkişaf edir. Buradan cənab Əliyevə öz salamlarımı çatdırıram. Hər nə olursa olsun, qardaş Türkiyənin yanındayıq deyərək, dosta-düşmənə harada dayandıqlarını göstərdi. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu parlament qarşısında çıxışı zamanı bildirib. Davudoğlu qeyd edib ki, Türkiyə və Azərbaycanın birgə layihə və təşəbbüsləri region ölkələrinə xidmət edəcək. “Bütün qardaşlarımıza Türkiyə Böyük Millət Məclisindən salam və sevgilərimi göndərirəm”, - deyə, o bəyan edib.