“Qara dənizin Rusiya dənizi halına gəlməsinə göz yuma bilmərik”

“Qara dənizin Rusiya dənizi halına gəlməsinə göz yuma bilmərik”

Bunu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasındakı çıxışında Alyansın dəniz qüvvələri komandanı, vitse-admiral Clive Johnstone bildirib.

Aralıq dənizi ətrafında cərəyan edən və NATO üçün də təhdid yaradan miqrasiya problemi barədə danışanNATO dəniz qüvvələrinin komandanı deyib ki, indi bir gündə minlərlə insanın qaçqın statusuna düşdüyü bir dönəmdə yaşayırıq: “Lazımi tədbirlər görülməzsə, gündə 1 milyon insanın miqrasiya edə biləcəyi vəziyyət yarana bilər. Bunun adı “ultra miqrasiya” olacaq”.


Çıxışında NATO-Rusiya münasibətlərinə də toxunan ingilis vitse-admiral Rusiya ilə dialoqun davam etdirilməsinə tərəfdar olduqlarını vurğulayıb :”Biz Rusiya ilə müzakirələr aparmalı, dialoqu davam etdirməliyik. Ancaq eyni zamanda Rusiyanın nə etmək istədiyini də anlamalıyıq. Rusiya da atdığı addımlar bərədə NATO-nu məlumatlandırmalıdır”.

Rusiyanın Qara dənizdəki hərbi fəaliyyətlərindən narahatlıq duyduqlarına söyləyən C. Johnstone Qara dənizin Rusiya dənizi halına gəlməsinə göz yuma bilməyəcəklərini vurğulayıb: “Qara dəniz oranın sahilində olan NATO üzvü ölkələrin – Türkiyə, Bolqarıstan və Rumıniya xalqlarının da müştərək sərvətidir”.






Fikirlər