“Rusiya Krımı NATO önündə sipərə çevirir”

Arzu Nağıyev: “Kreml NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almağa çalışır”

“Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Moderator.az-a açıqlamasında son vaxtlar Rusiya və Ukrayna arasında artan gərginliyə münasibət bildirib. Ekspert bu gərginliyin göründüyündən daha dərin səbəblərdən qaynaqlandığını vurğulayıb:

“Rusiya və Ukrayna arasındakı gərginlik Krım və Donbas məsələsi ilə bağlıdır. Krımda böyük ordu formalaşdırmaq, Qara dənzi sahilində, Sevostopolda olan bazalara nəzarət etmək üçün Rusiya bölgədə müasir silahlar yerləşdirməyə ehtiyac duyur. Bu silahlar Rusiya üçün sadəcə Ukraynaya nəzarət üçün deyil, həm də Qərb dövlətlərinin marağında olan Qara dəniz bölgələrinə nəzarət baxımından önəmlidir. Məhz buna görə də Rusiya diversiya qruplarını zərərsizləlşdirmək adı ilə müasir silahlarını Krıma yollayır. Orada böyük hərbi bazanın yaradılması işinə başlayıb. Əsas məsələ NATO-nun Rusiya sərhəddinə yaxınlaşmasının qarşısını almaqdır. Bu, Rusiya üçün olduqca vacib məsələdir”.

 






Fikirlər