Çeçenistanda bütün spirtli içki dükanları bağlanıb

“Çeçenistanda bütün spirtli içki dükanları bağlanıb

Çeçenistanda spirtli içki satan obyektlər bağlanıb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin sədri, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə operativ qərargah rəhbəri Maqomed Daudov bildirib. Onun sözlərinə görə, “Qafqaz” yolunda baş verən böyük qəzadan sonra respublikada alkoqol satan bütün mağazalar bağlanıb. Daudov onu da əlavə edib ki, sahibkarlar satışdan könüllü imtina ediblər.

Qeyd edək ki, Çeçenistanda yalnız 20 mağaza spirtli içki satışı ilə məşğul olub.






Fikirlər