Rusiya Müdafiə Nazirliyində "İl-18" təyyarəsinin Yakutiyada qəzaya uğramasını şərh ediblər.
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya MN-dən bildirilib ki, təyyarə qəza enişi edib.
"Bütün sərnişinlər və ekipaj üzləri sağdır. 23 nəfər vertolyotla xəstəxanalara çatıdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir", - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, "İl-18" üç yerə parçalanıb. İlkin veriya kimi qəzaya idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraitinin səbəb olduğu bildirilir.
***
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “İnterfax”a hüquq-mühafizə orqanlarından bildirilib. Təyyarənin göyərtəsində cəmi 36 nəfər olub.
***
Rusiyanın Yakutiya vilayətində təyyarə qəzaya uğrayıb.
APA-nın “Ria-Novosti”-yə istinadən yaydığı məlumata görə, vilayətin Tiksi yaşayış məntəqəsi yaxınlığında “İL-18 markalı təyyarə yerə düşərək 3 hissəyə ayrılıb. Göyərtəsində 7-si ekipaj üzvü, 32 sərnişin olan təyyarə Müdafiə Nazirliyinə məxsusdur.
Rusiya FHN və Milli Aviasiyanın 3 helikopteri hadisə yerinə cəlb olunub.