Təyyarə qəzasında ölənlərin 25-i uşaqdır
"Qafqazinfo"-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sankt-Peterburqda Rusiya FHN-in əməliyyat qərargahının nümayəndəsi bildirib. Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub. (Azərtaym.az)
Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölən 224 nəfərdən 25-i uşaqdır.