"Reina" hücumuna görə yeni həbslər - - Türkiyə

Türkiyə: "Reina" hücumuna görə yeni həbslər
İstanbulda Yeni İl gecəsi "Reina" gecə klubuna hücumla əlaqədar həyata keçirilən əməliyyatlar çərçivəsində bəzi şübhəlilər saxlanılıb.
Anadolu Agentliyi yazır ki, polis və hərbi xüsusi hərəkat komandaları İstanbul Silivridəki bir binada əməliyyat həyata keçirib, ev və avtomobillərdə axtarışlar aparıb.
AA saxlanılmış şəxslərin sayını bildirməsə də, onların Şərqi Türküstandan olduğunu yazıb.
Bundan başqa ötən axşam İzmirdə həyata keçirilən başqa bir əməliyyat çərçivəsində dörd ünvanda axtarış aparılıb və 40 nəfər saxlanılıb.
silah
Hürriyet qəzeti yazır ki, onların azı iyirmisi azyaşlı olduğundan 20 nəfər həbs edilib. Onların qaldığı 3 ünvandan "çoxunun saxta olduğu iddia edilən 41 pasport, 12 mobil telefon, planşet, 2 patrondaş, bel cihazı, GPS cihazı, kəskin nişan tüfəngi, gecə durbini, fənər, xaricilərə məxsus 15 saxta şəxsiyyət vəsiqəsi ələ keçirilib.
Onlar diqqətdən yayınmaq üçün ailələri ilə birgə ev kirayələyib və normal həyat yaşayıblar.
Həmçinin İstanbulda şübhəlinin Zeytinburnu-na qayıdarkən istifadə etdiyi taksinin pulunu ödədikləri iddia edilən 7 Şərqi Türküstan mənşəli kafe işçisi də həbs edilənlər sırasındadır.
Yeni il gecəsi Reina gecə klubuna edilmiş hücum zamanı 39 nəfər öldürülüb və 71 nəfər yaralanıb (BBC).






Fikirlər