İstanbulu Yeni ildə qana boyayan terrorçu uyğurdur – AÇIQLAMA
İstanbuldakı “Reina” gecə klubunda terror törədən şəxsin milliyyəti açıqlanıb. Modern.az saytı Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu haqda baş nazirin köməkçisi Veysi Kaynak danışıb. O qeyd edib ki, terrorçunun uyğur olma ehtimalı çox yüksəkdir.
Xatırladaq ki, Yeni il gecəsi “Reina” gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.