Orlando şəhərində gecə klubunda qətliam törədən Ömər Mətin 9 il ərzində beynəlxalq “G4S2” mühafizə şirkətinin əməkdaşı olub.
AzerTaym.az APA-ya istinadən verdiyi məlumata görə, baş ofisi Londonda yerləşən şirkətin ABŞ-da bir neçə nümayəndəliyi fəaliyyət göstərir.
Şirkət ABŞ Milli Təhlükəsizlik nazirliyinin podratçısıdır, 2012-ci ilə Londonda keçirilən Yay Olimpiya oyunlarının təhlükəsizliyini təmin edib.
29 yaşlı Ömər Mətin Nyu-Yorkda əfqan əsilli ailədə anadan olub. Onun iki dəfə evli olduğu bildirilir. İlk dəfə Ö.Mətin Özbəkistanda doğulmuş qadınla nigahda olub. 2009-cu ildə yenidən ailə quran O.Mətin iki il sonra həyat yoldaşından ayrılıb.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.