Paris hücumlarının TƏŞKİLATÇISI həbs olundu
Daha bir terrorçu öldürüldü. Belçikanın Molenbek şəhərində keçiirlən xüsusi əməliyyat zamanı Parisdə noyabr ayında törədilən terror aktlarında əsas şübhəli bilinən Saleh Abdeslam həbs edilib. Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb. Hücumlarda şübhəli bilinən daha bir terrorçu məhv olunub. Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb. AzerTaym.az