Paris terrorunun üçüncü iştirakçısının fotosu yayıldı
Parisdə noyabrın 13-də törədilmiş terror aktının üçüncü, axtarışda olan iştirakçısının fotosu yayılıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Fransa polisinin saytında yerləşdirilmiş xəbərdə deyilir. “Bu adam noyabrın 13-də Fransa paytaxtında terror hücumunda iştirak edib” - deyə fotoqrafiyanı müşayiət edən izahatda bildirilir. Onun adı açıqlanmır. Parisdəki 13 noyabr terror aktları nəticəsində 130 nəfər həlak olub, 350 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.