Ankaranı qana boyayan terrorun — ŞOK TƏFƏRRÜATLARI
Ankara terrorçusunun DNA nümunələrinin analizi və terrorçunun sorğusu başa çatıb. Ölkə.az xəbər verir ki, Ankaranın mərkəzində terror aktı törədən şəxsin Türkiyənin Van şəhərində doğulmuş "Zınar Raperin" kod adlı Abdulbaki Sömer olduğu ortaya çıxıb. Abdulbaki Sömərin atasından götürülən DNA nümunələrindən məlum olub ki, o, həqiqətən də Türkiyədə anadan olub və bu şəxsin oğludur. PKK-ya qoşulmaq üçün öncə Qəndil dağına çıxan Sömər daha sonra Suriyaya keçib. Oradan isə özünü Suriya qaçqını Saleh Nəccar kimi qələmə verərək yenidən Türkiyəyə daxil olub. İllər uzunu PKK-nın KAŞ (Kürdüstan azadlıq şahinləri) terror qrupunda təlim keçib. Suriyadan Türkiyəyə daxil olan Sömər daha sonra PKK-nın yerli özəyi ilə birlikdə partlayıcı maddə düzəldərək Ankarada bu qanlı aksiyanı törədib. Məlumata görə, hazırda bu cinayətə görə 21 nəfər həbs edilib. Onlardan 14 nəfəri həbsxanaya göndərilib.
14 nəfərdən işin əsl icraçısı kimi 8 nəfərinə isə üst-üstə 620 il həbs cəzası tələb ediləcək.