Ankaradakı partlayışı bu adam törədib -VİDEO
Dünən Ankaranın Merasim küçəsində törədiln dəhşətli terror nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankaradakı partlayışı törədən terrorçunun kimliyi bəlli olub. Bu PKK-nın Suriya qanadının PYD/YPG terrorçusu, milliyyətcə kürd olan Suriya vətəndaşı, 24 yaşlı Salih Necardır. 28 nəfərin qatilinin kimliyi hadisə yerindən tapılan cəsəd fraqmentlərinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib. Belə ki, iyun ayında Türkiyəyə keçərkən Salih Necarın barmaq izləri götrülübmüş.