"Rusiya ilə Türkiyə arasında gərginliyin artmasını istəyən İran və İraqdır" — POLİTOLOQ rəyi

"Rusiya ilə Türkiyə arasında gərginliyin artmasını istəyən İran və İraqdır" — Politoloq rəyiTürkiyədə dəhşətli terror aktı baş verdi. Bunun kürd qruplaşmalarından PYD tərəfindən edildiyi deyilir.

Türkiyə hərbi hava qüvvələrinin komandanlığında yüksək vəzifə tutan general və onunla birgə olan əsgərlərə qarşı törədilən bu terror aktı istər-istəməz hər kəsdə "Rusiyanın işidir" fikrini yaradacaqdı. Rusiya buna gedərdimi? Rusiya ilə Türkiyə arasında gərginliyin artmasını istəyən digər güclərin də bu terror aktını təşkil edə biləcəyini deyirlər.

Ankarada baş verən terror aktı və səsləndirilən versiyalarla bağlı politoloq Şahin Cəfərli Ölkə.Az-a danışıb:

"Xatırlayırsınızsa, ötən ilin noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Putinin belə bir bəyanatı olmuşdu ki, Türkiyə pomidorlarla canını qurtara bilməyəcək. Yəni, Putin açıq işarə vurmuşdu ki, Rusiyanın Türkiyəyə qarşı atacağı addımlar təkcə iqtisadi sanksiyalarla məhdudlaşmayacaq. Bu bəyanatdan sonra Türkiyəyə qarşı terror təhdidinin və Türkiyənin təhlükəsizliyinə qarşı risklərin ciddi şəkildə artdığını müşahidə edirik.

Türkiyə daxilində PKK-nın daha öncə istifadə etmədiyi yeni taktikalara əl atması diqqət çəkir. Ötən ilin sonlarında cənub-şərq vilayətlərində bəzi şəhər və qəsəbələri faktiki olaraq ələ keçirən PKK təhlükəsizlik qüvvələrinin əməliyyatı qarşısında geri çəkilməyərək Türkiyə ordusu və polisi ilə küçə döyüşlərinə girdi. Böyük dağıntılarla müşayiət olunan küçə döyüşləri iki aydan çox davam etdi və Diyarbəkirin Sur rayonunda hələ də yekunlaşmayıb. Bu məsələdə xarici barmağın olması şübhə doğurmur, məqsəd Türkiyəni mümkün qədər öz içinə qapanmağa, öz daxili problemləri ilə məşğul olmağa vadar etmək və regional proseslərə müdaxilə imkanlarını azaltmaq idi. PKK-nın ikinci yeni taktikası isə bomba yüklənmiş avtomobillərlə terror törətməkdən ibarətdir. Bu metod Yaxın Şərq mənşəli “Əl-Qaida”, İŞİD və digər radikal sələfi qrupların ən çox istifadə etdiyi üsuldur və bölgədə bu terror təşkilatları ilə iç-içə olan PKK və onun Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin də bu metodu mənimsədiyini görürük. Müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının terror təşkilatlarından istifadə etməsi qətiyyən sirr deyil və bu, əslində yeni bir şey də deyil. Ankarada baş vermiş terrorun arxasındakı gücləri müəyyən etmək üçün hazırda bölgədə maraqları Türkiyənin maraqları ilə kəskin ziddiyyət təşkil edən dövlətlərin kimlər olduğuna nəzər salmaq lazımdır. Bunlar Rusiya, İran, İraq və Əsəd rejimidir. Adı çəkilən dövlətlərin arasında Rusiya xüsusi aqressivliyi ilə seçilir, çünki Kreml həm də qisasçılıq hissi ilə hərəkət edir və təyyarə olayından sonra Türkiyəyə cavab zərbələri endirmək haqqını özündə görür. Terrorun Türkiyə Hərbi Hava Qüvvələri komandanlığı binasının bilavasitə yaxınlığında baş verməsi də maraqlı və diqqətəlayiq faktdır. Bu terrorun arxasında Rusiya xüsusi xidmət orqanlarının dayanması tamamilə mümkündür. 

Türkiyə ilə Rusiya arasında gərginliyin artmasında maraqlı olan tərəf kimi adətən Qərb dünyası - ABŞ və Avropa İttifaqı göstərilir. Bu fikirlərlə razı deyiləm. Əksinə, Qərb, xüsusən Obama hökuməti bunu istəmir, çünki gərginlik artdıqca, NATO-Rusiya toqquşması təhlükəsi də artır ki, bu da ABŞ və Aİ üçün çox ciddi başağrısı ola bilər. Ağ Evdə son ilini keçirən Obama yeni problemlərlə qarşılaşmadan səlahiyyət müddətini bitirərək istirahətə çəkilmək fikrindədir. Bu səbəblə Vaşinqton Suriyadakı proseslərə də aktiv müdaxilə etmir və diqqətini əsasən İŞİD təhdidini aradan qaldırmaq məsələsi üzərində cəmləşdirib.

Rusiya ilə Türkiyə arasında gərginliyin artmasını istəyən qüvvələr ən əvvəl Əsəd rejimi, daha sonra isə İran və İraqdır. Tehran, Bağdad və Şamın marağı Rusiyanın köməyi ilə Türkiyənin regional təsirlərini minimuma endirmək, hətta mümkün olarsa, Türkiyənin bu bölgədən əlini-ayağını yığışdıraraq tamamilə öz içinə qapanmağa məcbur etməkdən ibarətdir".

Qeyd edək ki, Türkiyə 15 minlik qoşunla Suriyaya girməyə 






Fikirlər