Tramp Obamanın hakimiyyətdən getməsinə sevinən Rusiyanı peşman EDƏCƏKMİ?

Tramp Obamanın hakimiyyətdən getməsinə sevinən Rusiyanı peşman edəcəkmi?

Mətbuatın fikrincə, Kreml hər ehtimala qarşı alternativ ssenarini çoxdan ehtiyatda tutub

 

Rusiyada artıq uzun müddətdir ki, ABŞ və şəxsən Barak Obama əsas düşmən olaraq müəyyən edilmişdi.
Lakin bu ölkə Rusiya televiziyalarının tərifləməkdən doymadığı Donald Trampın zamanında dosta çevrilə biləcəkmi?
Əgər hər yerdə “Rusiyapərəst prezidentlər hökm sürəcəksə o zaman kiminlə düşmənçilik ediləcək? Ən başlıcası isə Donald Tramp Rusiya hakimiyyətini məyus etsə, o zaman nə baş verəcək?
Rusiyanın liberal mətbuatı bu sualları ünvanlayaraq, Obamanın gedişindən və Trampın qələbəsindən sonra eyforiya əhval-ruhiyyəsində qalan iqtidara yaxın çevrələri tənqid edirlər.
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-la Rusiyanın maraqlarının üst-üstə düşdüyü sahələrdə əməkdaşlıq etməsinin zəruriliyi barədə yeni prezidentin fikirləri ilə tam razı olduğunu söyləyib.
“Görəsən, bu maraqlar harada üst-üstə düşür?”- gazeta.ru saytı sual edir.
XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Donald Trampın iqtidara gəlməsi ilə ABŞ-Rusiya münasibətlərindəki böhranın aradan qalxacağına ümid edir.
Картинки по запросу zaxarova obama
Zaxarova keçmiş prezident Barak Obamanı da yaddan çıxarmayıb - təbii ki, tənqidi və neqativ nöqteyi-nəzərdən...
“Demokrat partiyası iqtidarı iki ölkə arasında münasibətləri şüurlu şəkildə pozmaqla məşğul olub. Obama hətta hakimiyyətinin son saatlarında belə ölkələrimiz arasındakı əlaqələrin dayaqlarına zərbə endirib”, - Zaxarovanın bəyanatında deyilir.
Mətbuatın yazdığına görə, ənənəvi olaraq Obamanın gedişi və Trampın gəlişi ilə bağlı Lavrovun və Zaxarovanın sevincinə Rusiya “zəhmətkeşləri” də qoşulub.
Məsələn, Ural ustaları Trampın rəsminin əks olunduğu sikkə pul düzəldiblər.
Картинки по запросу ural tramp moneti
Novosibirskdə isə Putin və Trampın görüşünün şərəfinə kömür çıxarılıb. 
Картинки по запросу novosibirsk uqol tramp
Tulada ölkələr arasında münasibətlərə “şirinlik”gəlsin deyə, ABŞ-ın yeni prezidentinin rəsminin əks olunduğu qənd paketləri buraxılıb.
Картинки по запросу novosibirsk tramp saxar
Lakin bir məsələ qalır: indi ruslar çirkli bina girişlərinə görə kimi söyməli olacaqlar?
Rusiyanın minlərlə “vətənpərvər” sürücülərin maşınlarının üstündəki “Obama çmo” yazıları necə olsun”? 
Картинки по запросу Обама чмо автомобилисты
Televiziya tok-şoularında və xəbərlər buraxılışında Rusiyanı kiminlə qorxutmaq lazım gələcək”, Rusiya mətbuatı daxili problemləri unutdurmaq üçün televiziyalarda xarici düşmən obrazını xalqın gözünə soxanlara bu sualı da istehzalı şəkildə ünvanlayır.
Картинки по запросу передача соловьева
Rusiya analitiklərindən bəziləri Tramp məsələsində qəti qiymət verməyin hələ tez olduğunu düşünür.
Onalrın fikrincə, Trampın Rusiya ilə yaxınlaşmaqla niyyətlərin yolunda böyük əngəllər gözə çarpır. 
Bu ABŞ isteblişmentində D.Trampın “Kremlin marionet”i olması bardə qətiləşmiş təsəvvürüdür.
Bu cür kontekstlə yanaşılsa Trampın Rusiyaya doğru istənilən addımı onun Moskvadan idarə olunması kimi təfsir ediləcək.
Tramp xarakterində adam isə bu stereotipi üzərindən atmaq üçün, habelə özünü dünya miqyaslı lider olduğunu göstərməkdən ötrü istənilən addıma gedər.
İkincisi, respublikaçı prezidentin Amerika miqyasında yerlərdə sürünən reytinqidir (40%). Yeri gəlmişkən, sabiq prezident Obama bütün ziddiyyətli addımlarına rəğmən Ağ Evi yüksək nüfuzla tərk etməyi bacarıb (58%).
Bu səbəbdən Tramp Obamanın etdiklərini bir dəfəyə dəyişdirmək qadirində deyil. 
Tramp iki ölkə arasındakı gerçəklikləri də dəyişdirə bilməz. Kremlə ediləcək istənilən güzəşt yeni prezidentə kürsüsünü itirmək bahasına başa gələ bilər.
Mətbuatın fikrincə, Donald Trampla Rusiyanın “bal ayı”nın “boşanma” ilə bitməsi halında Kreml və onun təbliğat trollarının buna hazır olduğunu da bildirir. 
Rus telekanalları “Vahid Rusiya”partiyasının xəttinə uyğun olaraq fikir dəyişdirməyə çoxdan alışıblar. Ən azı məlum təyyarə hadisəsindən sonra Ərdoğanla bağlı gedən hay-küyləri yada salmaq kifayətdir.
Məhz həmin vaxt ruslar yenə də binalarının bloklarını çirkləndirənləri yada salmalı olacaqlar. Dəmir pullarda Trampın gülər üzünü görmək əvəzinə rus avtomobillərində yeni prezidentlə bağlı “xoşagələn” yazılar yenə də öz əksini tapacaq.






Fikirlər