ABŞ Mərkəzi Kəşfiyyatının (CİA) ictimaiyyətə açdığı məxfi qrifli sənədlərində Türkiyəyə qarşı atılan addımlar da yer alır.
Publika.az xəbər verir ki, 1987-ci il 1 iyun tarixli sənədə ABŞ-ın "terrorla mübarizə, xəbərdarlıq və təxminlər” adlı toplantıda müzakirə olunanlar açıqlanır.
Həmin dövrdə CİA-nın direktor müavini olan Robert Qatesə təqdim edilən sənəddə Suriya və Yunanıstanın PKK və ermənilərin terror təşkilatı ASALA-ya dəstək verdiyi yer alır.
Yunanıstan
Yunanıstanın həmin dövrdə baş naziri olmuş Andreal Papandrue və hökumətin ASALA-ya dəstək verib. Erməni terror təşkilatının Afinada gizli ofisi var imiş.
"Xarici terror təşkilatları Yunanıstanda aktivdirlər və hökumət onlara dəstək verir. Bu qruplar arasında Hizbullah, Əbu Nidal Təşkilatı (ANO) və ASALA var. Yunan hökuməti bu qruplara toxunmur. ASALA-nın Afinada gizli ofisi var”, - deyə sənəddə qeyd olunur.
Suriya
Suriyanın o dövrdəki prezidenti Hafiz Əsəd (Bəşər Əsədin atası-red) dini radikallarla yanaşı, PKK-ya dəstək verib.
CİA-nın məxfi qrifli sənədində deyilir: "Şam PKK ilə əlaqələrini davam etdirir və Fars körfəzi bölgəsində terror aktları törədən iki təşkilata – PKK və Əbu Nidal Təşkilatı – sığınacaq vermək təklifi irəli sürdü. Suriyanın davranışları taktiki və müvəqqətidir. Şam xüsusilə terroru regional amillərdə istifadə etməyə davam edəcək”.