ASALA lideri Qarabağa gəldi (VİDEO)
ASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyan Qarabağa gəlib
AzerTaym.az Azvision.az-a istinadən məlumat verir ki, o, yaydığı videomüraciətdə dəstəsini toplayaq gəldiyini, türklərdən qisas alacağını bildirib:
"Arsax erməni torpağıdır və türklər, azərbaycanlılar onu bizdən ala bilməzlər. İndi onlar hücuma keçiblər. Biz hamımız birləşib, bir olub, Arsaxın müdafiəsinə qalxmalıyıq. Hamımız burada toplaşıb, Arsaxı qorumalıyıq. Bura hər zaman erməni torpağı olub və bizim əlimizdən heç kim ala bilməz",- deyə o, videoda Livan ermənisinə məxsus Axbar ləhcəsilə danışır.