Erməni işbazdan Qarabağa 30 milyon avroluq hədiyyə – VİDEO
Modern.az saytı xəbər verir ki, ötən gün separatçi rejimin baş naziri Ara Arutunyanla birlikdə Ağdərənin cəbhə xəttinə yaxın yerləşən Madagiz kəndinə səfər edən Sirmakeş onun investisiyaları hesabına tikilən balıqartırma müəssəsinə baş çəkib. Müəssisədə qurulan xüsusi avadanlıqlar nərə balığı və qara kürü istehsalı üçün nəzərdə tutulub.
Separatçılar 2018-c ildən nərə balığı, 1 il sonra isə qara kürü ixracına başlamağı planlaşdırırlar.
Bundan başqa, diaspor ermənisi Tərtər çayı üzərində inşa etdirdiyi 5 meqavat gücündəki Su Elektrik Stansiyası ilə də tanış olub.
Vardan Sirnakeş 1956-cı ildə Türkiyənin İstanbul şəhərində zərgərliklə məşğul olan erməni ailəsində anadan olub. 1974-cü ildən isə İsveçrədə yaşayır. “Franck Muller” şirkətinin baş direktoru kimi Ermənistan və Belarusda saat zavodları var.
Modern.az Ermənistan KİV-nə istinadən Vardan Sirmakeşin Qarabağ səfərinin kadrlarını təqdim edir.