26.07.2014- İŞİD peyğəmbərin türbəsini havaya uçurdu-VİDEO
"AzerTaym.az" xəbər verir ki, ANS-in məlumatına görə, Mosul, Telafer və Kərkükdə İslam alimlərinə aid türbələri və şiə məscidlərini dinamit istifadə edərək partladan təşkilat bu dəfə Mosulda Yunus (ə.) peyğəmbər türbəsi kimi tanınan tarixi məkanı eyni üsulla havaya uçurub.
Müsəlmanlar və xristianlar üçün də müqəddəs sayılan Yunus (ə.) peyğəmbər türbəsinin partladılması iraqlılar arasında kəskin reaksiyaya ilə qarşılanıb. Hicri-qəməri 134- cü ildə tikilən məscid hər il çox sayda yerli və xarici turist tərəfindən ziyarət edilirdi.
Hətta türk zəvvarlar müqəddəs torpaqlara Həccə gedərkən buranı ziyarət etməyi həcc ziyarətində tamamlayıcı bir ibadət olaraq görürdülər.
Qeyd edək ki, daha öncə türbədə olan qəbirlərin gürzlə dağıdılması videosu yayılmışdı.