Daha iki firma Trampa qarşı cəbhədə yer ALDI

Daha iki firma Trampa qarşı cəbhədə yer aldı

Starbucks və AirBn mühacirlərə dəstək verəcək 

Amerikanın məşhur kofe firması Starbucks və ev kirayəsi şəbəkəsi AirBn prezident Donald Trampın mühacir və qaçqınlarla bağlı qərarlarına qarşı hərəkətə keçib. 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Starbucks suriyalı qaçqınların ABŞ-a girişini təxirə salan və 7 müsəlman ölkəsindən vətəndaşların ölkəyə girişini 90 günlüyə qadağan edən qərarnamənin ardınca bəyan edib ki, fəaliyyət göstərdikləri 75 ölkədə 5 il ərzində 10 min mühacirin məşğulluq problemini həll edəcək. 
Starbucks təmsilçisi Hovard Schultz şirkət əməkdaşlarına göndərdiyi məktbubda yazıb ki, “Amerikan röyası”nın vəd etdiyi dəyərlər artıq sorğulanmağa başlayır. Starbucks şirkətinin müharibə, şiddət, zülm və ayrı-seçkilikdən qaçanları müdafiə etmək, onları iş yeri ilə təmin etmək üçün cəhdlərini ikiqat artıracaq şirkət eyni zamanda Meksikaya da investisiya qoymağa davam edəcək. 
Картинки по запросу Starbucks Howard Schultz
Evini kirayəyə verənlərlə səyyahları intetnetdə görüşdürən AirBnb şirkətinin təmsilçisi Brian Cheski isə deyib ki, ABŞ prezidenti Donald Trampın mübahisə yaradan “ölkəyə giriş qadağası” qərarına qarşı təmsil etdiyi şirkət bu qadağadan əziyyət çəkənləri pulsuz qalacaq yerlə təmin edəcək.
Картинки по запросу Brian Chesky
 Facebook hesabından açıqlama verən Çeski aşağıdakıları deyib: “3 milyondan çox evimiz var. Qadağadan əziyyət çəkəcək şəxslərə yer tapacağıq”. 
Şirkət rəsmisi eyni zamanda bu qərardan təsirlənən və qalmağa yeri olmayan hər kəsi şəxsən onun elektron ünvanına məktub yazmağa çağırıb. Eyni zamanda şirkətin təbii fəlakətlərdən zərər görən şəhərlərə yardım çərçivəsində ehtiyatda saxladığı evləri də var. İtaliya zəlzələsində və Şilidəki yanğından bu evlər zərərçəkmişlərə təqdim olunmuşdu. Çeski deyib ki, lazım gəlsə, bu evlər də səyahət qadağasından əziyyət çəkənlərijn istifadəsinə veriləcək. 
Xatırladaq ki, bu fərman yeddi (İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmən) müsəlman ölkəsindən olan şəxslərin, onların  ABŞ-da yaşamaq hüququnu əldə etmələrindən asılı olmayaraq girişini qadağan edir. Qadağan 90 günlüyə nəzərdə tutulsa da, bu müddətin uzanacağı da istisna edilmir.

 






Fikirlər