“İnsanları öldürməyə hazıram!” - Prezidentdən ŞOK BƏYANAT

“İnsanları öldürməyə hazıram!” - Prezidentdən ŞOK BƏYANAT

“Ölkənin tənəzzülünün qarşısını almağa kömək edəcəksə, insanların qətlinə və ya ölkənin bir sıra regionlarında hərbi vəziyyətin tətbiqinə hazıram”.

Publika.az xəbər verir ki, bunu Rusiyaya səfəri ərəfəsində Filippin prezidenti Rodriqo Duterte Rusiya KİV-inə müsahibəsində bildirib.

“Bütün məsələlər həll olunacaqsa, hərbi vəziyyəti tətbiq edəcəyəm. Mən sonuna kimi gedəcəyəm. Hətta müharibə bir neçə il çəksə də, dayanmayacağam. Mən Filippinin tənəzzülünə icazə verməyəcəyəm. Hətta hərbi vəziyyəti tətbiq etmək və ya insanları öldürmək lazım olacaqsa, bunu da edəcəyəm”, - Duterte deyib.

Prezident vurğulayıb ki, şəxsi hakimiyyətin saxlanılmasına görə deyil, Filippin xalqı və dövlətin mühafizəsi üçün bu ölçülərə müraciət etməməyə hazırdır.

Qeyd edək ki, 2016-cı ilin mayında Filippin prezidenti seçilmiş Rodriqo Duterte narkobiznesə qarşı genişmiqyaslı mübarizəyə başlayıb. BMT-nin məlumatına əsasən, Dutertenin hakimiyyətə gəlişindən indiyə kimi ölkədə narkoticarətlə bağlı 6 mindən çox insan öldürülüb. Dünya ictimaiyyəti Filippində narkoticarətlə mübarizə metodlarını dəfələrlə pisləyib.

Lakin Duterte beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin BMT, Avropa İttifaqı və ABŞ-ın tənqiqlərini ölkənin daxili işlərinə müdaxilə hesab edir.






Fikirlər