20.09.2014- Dünya əhalisi 11 milyard olacaq
Dünya əhalisinin artımı 2100-ci ilə qədər davam edəcək
Axar.az "İnforminq.ru"ya istinadən xəbər verir ki, BMT-nin ekspertlərinin hesabatında XXII əsrin əvvəlində dünya əhalisinin 11 milyard olacağı deyilir.
Qeyd edək ki, alimlər Afrika qitəsinin hesabına daha çox qaradərili insanların artacağını bildirirlər. Belə ki, onlar afrikalılarda 1 milyarddan 4 milyarda kimi artım olacağını qeyd edirlər.
Xatırladaq ki, hazırda Afrikada hər ailədə orta hesabla 4-6 uşaq doğulur və son illərdə uşaqların HİV-dən ölməsi halları xeyli azalıb.